Avropa çempionatı: Millimizin rəqibləri məlum oldu

16:45 - 5 Mart 2024

Bu gün İsveçrənin Nyon şəhərində qadın futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, B liqasında yer alan  Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Millimiz B liqasının I qrupunda İsveçrə, Macarıstan və Türkiyə yığmaları ilə qarşılaşacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları aprel-iyul ayları aralığında keçiriləcək. Turnirin final mərhələsi 2025-ci ildə İsveçrədə təşkil olunacaq.

Xəbər xətti