"Milan"ın Endrik planı - birdəfəlik transfer edə bilər

00:26 - 16 Noyabr 2026

İtaliyanın “Milan” klubu “Real”ın hücumçusu Endriki heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır.

Sportal.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, “rossoneri” braziliyalı futbolçunu icarəyə götürmək və müqaviləyə 60 milyon avro və bonuslar qarşılığında satınalma hüququ və ya öhdəliyi əlavə etmək niyyətindədir. Razılaşmada Madrid klubunun hücumçunu 80 milyon avroya geri almaq hüququnun da yer alması nəzərdə tutulur.

Bildirilir ki, “Milan”ın sahibi Cerri Kardinaleyə Endrikin transferini klubun sabiq futbolçusu Kaka tövsiyə edib. Oyun praktikasının azlığından narazı olan Endrikin yanvar ayında “Real”dan ayrılmağa hazır olduğu qeyd edilir.

Xatırladaq ki, braziliyalı hücumçu ilə “Roma”, eləcə də İngiltərə və Fransanın bir sıra klubları maraqlanır.

Xəbər xətti