Mustafa Denizli rəsmən "Xəzər Lənkəran"la müqavilə bağladı

11:01 - 1 Dekabr 2013

Təcrübəli çalışdırıcı il yarımlıq müqaviləyə qol çəkdi

 

“Xəzər Lənkəran” klubunun boşalan baş məşqçi postuna yeni çalışdırıcı təyinatı gerçəkləşib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türk futbolunun tanınmış simalarından biri, məşqçilik karyerası bir çox titullarla zəngin olan Mustafa Dənizli ilə Lənkəran klubu ilə 1 il yarım müddətinə müqaviləyə imza atıb.

 

Dünən klubun Lənkərandakı ofisində “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov  ilə görüşüb bir çox detalları müzakirə edən Dənizli bu gün atdığı imza ilə "Xəzər Lənkəran"ın rəsmən yeni baş məşqçisi olub

Xəbər xətti