Anar Məmmədxanovun oğlu AFFA-da işə başladı ÖZƏL

19:42 - 30 Sentyabr 2016

Milli məclisin sabiq deputatı (3 çağırış), Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum Anar Məmmədxanovun oğlu AFFA-da işə başlayıb.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, İslam Məmmədxanov artıq bir neçə gündü işə başlayıb. O, AFFA-nın Beynəlxalq Əlaqələr departamentində çalışır.

 

Xatırladaq ki, Anar Məmmədxanov 2011-ci il, aprelin 23-də vəfat edib. İslamdan başqa daha iki övladı var.

Xəbər xətti