Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, paytaxt klubu Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
Rövşən Babayevin başçılığı altında ilk oyununu keçirən “Sabah-2”, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.
Qollara Ayxan Quluzadə, Fərid Cəfərli və Kənan Həsənov imza atıblar.
saytlarin hazirlanmasi