"Sabah" Madridə yola düşdü

12:19 - 28 May 2019

“Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcək “Sabah”ın üzvləri bu gün səhər saatlarında İspaniyanın paytaxtı Madridə yola düşüblər.

 

Sportal.az xəbər verir ki, “Sabah” Madriddə baş tutacaq turnirdə U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq. 
 

Bundan əlavə, Azərbaycandan bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.


“Dostluq üçün futbol” sosial layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdur.

Xəbər xətti