Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin nümayəndəsi Adil Şükürov “Dostluq üçün futbol” sosial layihəsində iştirak üçün bu ölkədə olan “Sabah”ın üzvlərini ziyarət edib, onlara dəstək olub.
Sportal.az xəbər verir ki, “Sabah” Madriddə baş tutacaq turnirdə U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunur. Bundan əlavə, Azərbaycandan bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılıb.
“Dostluq üçün futbol” sosial layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdu.
saytlarin hazirlanmasi