“Sabah”ın futbolçuları ÇL finalını canlı izlədilər FOTO

14:17 - 3 İyun 2019

İspaniyanın paytaxtı Madriddə baş tutan “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən “Sabah”ın futbolçuları Vətənə kubokla dönüblər.

 

Sportal.az xəbər verir ki, qapıçı Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turniri çempion kimi başa vurub. 

 

Digər futbolçulardan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb.

 

“Sabah”ın məşqçisi Samir Əbdürəhmanov “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.

 

Onlar iyunun 1-də, Madridin “Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü (“Tottenhem” - “Liverpul” 0:2) canlı izləyiblər.

 

Image may contain: 6 people, people standing and shoes

Image may contain: 4 people, people smiling, stadium

Xəbər xətti