Elşad Əhmədov: "Taktiki-texniki cəhətdən futbolçulardan heç bir tələbimiz yox idi"

01:01 - 7 İyul 2019

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov “Zirə”yə 5:3 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra açıqlama verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Əhmədov matçla bağlı danışıb:

 

“Hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirdik. Komanda gündə iki dəfə məşq edir. Fiziki yüklənmədən sonra futbolçuları oyunda yoxlamaq istəyirdik. Hər hissədə fərqli heyətlərə şans verdik. Taktiki-texniki cəhətdən futbolçulardan heç bir tələbimiz yox idi. Əsas olan hərəkətlilik idi. Məncə, futbolçular fiziki yüklənməyə rəğmən, normal təsir bağışladılar. Sevindiricidi ki, əvvəlkindən fərqli olaraq, qol fürsətlərini dəyərləndirə bildik”.

Xəbər xətti