Elşad Əhmədov: "Yenilər komandaya uyğunlaşmaqda çətinlik çəkmir"

00:32 - 14 İyul 2019

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov “Sumqayıt”la yoxlama oyunu (2:0) barədə fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis klubun saytına açıqlamasında yeni transferlərin komandaya uyğunlaşmasında çətinlik çəkmədiklərini deyib:

 

“Artıq ikinci yoxlama oyunudur ki, qələbə qazanırıq. Lakin bu bizim üçün elə də vacib deyil. Hazırda bizim üçün əsas olan komandanın hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdir. Bu baxımdan bu cür oyunlar bizim üçün çox vacibdir. Yenilər komandaya uyğunlaşmaq baxımından çətinlik çəkmirlər. Ancaq komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdır”.

 

“Sabah” mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama oyununda “Zirə”ni məğlub etmişdi (5:3).

Xəbər xətti