Elşad Əhmədov: "Oyunumuzdan razı qalmadım"

10:47 - 26 İyul 2019

Türkiyədə təlim-məşq toplanışında "Sabah" Rumıniyanın "Konkordiya" klubu ilə yoxlama görüşündə 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi Elşad Əhmədov fikirlərini klubun saytına açıqlayıb:

 

“İlk yoxlama oyunumuzu keçirdik. Rumıniyanın “Konkordia” komandası ilə qarşılaşdıq. Bu matçda uşaqların fiziki hazırlığının hansı vəziyyətdə olduğunu görmək istəyirdik. Bu gün meydançanın yaxşı vəziyyətdə olmaması oyunumuza təsir etdi. Topla daha çox oynamaq istəyirdik, lakin qazonun vəziyyəti buna imkan vermədi. Rəqib də çox istəkli idi. Toplanışda son oyunlarını keçirirdilər. Matçda bütün futbolçulara şans verdik. Ayrı-ayrı epizodlarda razı qaldığım məqamlar olsa da, ümumilikdə oyunumuzdan razı qalmadım. Gələn oyuna kimi çatışmayan cəhətlərimizin üzərində çalışacağıq”.

 

Xəbər xətti