"Sabah" Türkiyə klubu ilə qarşılaşacaq

17:06 - 27 İyul 2019

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" ikinci yoxlama matçını keçirəcək.

 

Sportal.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Türkiyənin “Kemerspor” klubu ilə qarşılaşacaq. Matç iyulun 28-i, Bakı vaxtı ilə 19:00-da başlayacaq.

 

“Sabah” ilk yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubuna 1:2 hesabıyla uduzmuşdu.

Xəbər xətti