Elşad Əhmədov toplanışı dəyərləndirdi, yeni transferlərdən danışdı - VİDEO

01:01 - 5 Avqust 2019

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov klub televiziyasına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis komandasının yeni mövsüm üçün hazırlığı barədə danışıb:

 

"İyunun 23-dən Türkiyədə təlim-məşq toplanışındayıq. Demək olar ki, bu, bizim ikinci hazırlığımızdır. Təlim-məşq toplanışın ilk hissəsi Masazırdakı bazamızda oldu. Paytaxtda daha çox fiziki hazırlığın üzərində işlədik. Ancaq Türkiyədə daha çox taktiki, texniki davranışlara üstünlük verdik. Dörd oyun planlaşdırmışdıq. Artıq üç oyun keçirmişik. Son yoxlama matçımız Türkiyə Super Liqa təmsilçisi "Gənclərbirliyi"nə qarşı olacaq".

 

Əhmədov yeni transferlərin komandaya uyğunlaşdığını bildirib:

 

"Yerli futbolçular üçün komandaya uyğunlaşmaq daha rahat oldu. Legionerlərdən Amadu Diallo və Hendrik Eksteyn daha tez uyğunlaşdılar. Yeganə üzücü məqam o oldu ki, Kevin Kubemba zədələndi. Onun sıradan çıxması bizi üzdü. Ulisse Diallo isə komanda ilə deyil, fərdi hazırlaşır".

 

Mütəxəssis komandanın yeni mövsümdəki hədəfləri barədə bunları deyib:

 

"Yeni mövsümdə qarşımıza qoyduğumuz məqsədlərdən biri də o olacaq ki, yaxşı oyun göstərək, mümkün qədər yuxarı yerlərdə qərar tutmaq və Avropa Kuboklarına vəsiqə verən yerlərdən birini qazanmaq olacaq".

 

Xəbər xətti