“Sabah” Marko Deviçlə yolların ayrıldığını rəsmən bəyan edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 35 yaşlı forvard rəhbərliyə müraciət edərək, ailə vəziyyəti ilə bağlı klubdan ayrılmaq, bununla bağlı Belqradda, ailəsinin yanında qalmaq istədiyini bildirib.
“Sabah” klubda çıxış etdiyi müddət ərzində istər yaşıl meydanda, istərsə də ondan kənarda nümunəvi davranışı ilə diqqət çəkən futbolçunun bu istəyinə müsbət cavab verib. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Marko komandanın məşqinə gələrək, futbolçularla, məşqçi və texniki heyətlə sağollaşıb, komandaya yeni mövsümdə uğurlar arzulayıb.
Deviç “Sabah”ın Premyer Liqada ilk qolunun müəllifidir. O, 2018/19 mövsümündə komandanın bombardiri olub (21 oyun, 8 qol).
saytlarin hazirlanmasi