Azərbaycan Premyer Liqasında IV turun "Sabah" - "Qəbələ" (0:1) matçından sonra təşçil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad əhmədov jurnalistləsin suallaını cavablandırıb.
Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Oyun haqda danışmaq çətindi. Rəqib bizdən yaxşı oynadı. İstəkli idilər və sona qədər döyüşdülər. Bizim futbolçularımız daha təcrübəlidi, ancaq şanslardan yararlana bilmədilər.
- Heyəti güclü "Sabah"ın istəyi niyə az idi?
- Şanslarımız oldu. Ancaq yararlana bilmədik. Bəzi oyunçular istəksiz idi, ad çəkmək istəmirəm.
- "Sabah"da bəzi dəyişikliklər gözlənilirmi?
- Qərarı rəhbərlik verəcək. Bu barədə söhbətimiz olacaq.
- Komandanın oyunu və digər məsələlərlə bağlı dəyişiklik planınız varmı?
- 30-40 faiz dəyişiklik olacaq.
- Komandanın özünə gəlməyi üçün nə lazımdı?
- Oyunun taktikasında dəyişiklik lazım deyil. Sadəcə bir qələbə lazımdı ki, oyunçular özünə gəlsin.
- Komandanın uğursuzluğunda əsas günahkar kimdi?
- Mənəm. Futbolçular günahkar deyil.
- Ötən ildən daha sanballı komanda var. Ancaq bu mövsüm uğursuz alınır. Sizcə, komandada lider oyunçunun olmaması nəticələrə təsir edirmi?
- İrəlidə vuran futbolçu yoxdu. İki hücumçumuz bizə gec qoşuldu. Uyğunlaşmaq üçün zaman lazımdı.