"Sabah"ın baş məşqçi əvəzi Rövşən Babayev Azərbaycan Premyer Liqasının V turunda "Sumqayıt"a səfərdə 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, Babayev əvvəlcə matç haqda danışıb:
- Rəqibi təbrik edirəm. Hava şəraiti öz sözünü dedi. Qısa müddətdə komandada vəziyyəti dəyişməyə çalıdşıq, ancaq alınmadı. İşimizi davam etdirərək son pillədən qurtulmağa çalışacağıq.
- İkinci 45 dəqiqə külək istiqamətində "Sabah" oynadı. Çoxlu qol imkanları yaratdınız. Niyə vura bilmədiniz?
- Hiss olunur ki, hücumda çatışmazlığımız var. Gücləri çatmır, keyfiyyət istənilən deyil. Hücumdakı futbolçularımız yüksək səviyyədə deyil.
- Bir həftə baş məşqçi əvəzi oldunuz. Müvəqqəti baş məşqçi İoqr Ponomaryova nə məsləhət görərdiniz?
- Onunla görüşməmişik ki, nəsə deyim. Bu görüşdən sonra deyə bilərəm. Əslində, bir həftə yox, 4-5 gün iş başında olmuşam. Bu mövsüm əvəzedicilərdə olsam da, əsas komandada baş verənləri bilirdim. Ponomaryovla görüşəndən deməyə sözüm olacaq.
- Vaxtilə Sumqayıt"ın baş məşqçisi çalışmışısınız. Sumqayıta rəqib kimi gələrkən hansı hissləri keçirirdiniz?
- Yaxşı sualdır. Udmaq istəyirdik. Ancaq alınmadı (sport24.az).
saytlarin hazirlanmasi