"Azarkeşlərimizə və futbolçularımıza təşəkkür edirəm. Çalışdıq ki, baxımlı oyun nümayiş etdirək".
Sportal.az saytının məlumatına görə, bunu "Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın VIII turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçədən sonra söyləyib.
O bildirib ki, komandada heç bir problem yoxdu: "Hamımız bir qədər də artıq çalışmalıyıq".
Babayev oyun başa çatandan sonra "Sabah"ın futbolçusu Təmkin Xəlilzadənin referi Kamal Umudlunu vurmaq istəməsinə də münasibət bildirib: "Bu hadisəni araşdıracağıq, bundan sonra qərar verəcəyik. Şəxsi münasibətim isə mənfidi".
saytlarin hazirlanmasi