"Sabah"da kapitan şoku

18:42 - 26 Oktyabr 2019

Premyer Liqanın 9-cu turunda "Zirə"ni qəbul edən "Sabah" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Ruslan Abışov zədələnib. 31-ci dəqiqədə zədələnən 32 yaşlı müdafiəçi oyunu davam etdirə bilməyib.

 

Abışovun əvəzinə Kərim Diniyev meydana daxil olub.

 

İlk hissəsi keçirilən matçda hesab meydan sahiblərinin xeyrinədir - 2:1.

Xəbər xətti