Premyer Liqanın 10-cu turunda səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gələn "Sabah"ın heyətində oyunun ən yaxşı futbolçusu Cavid İmamverdiyev seçilib.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "Instat"ın təhlilinə əsasən, 291 xal toplayıb. Cavidin oyundakı göstəriciləri:
Taktiki-texniki hərəkətlər: 96/76 (79 faiz dəqiqlik)
Zərbələrər/çərçivəyə: 5/2 (40 faiz dəqiqlik)
Ötürmə/dəqiq: 54/46 (85 faiz dəqiqlik)
Qol: 1
Qət etdiyi məsafə: 12 km 302 m.
Orta sürət: 7,49
Cavid Premyer Liqanda turun simvolik heyətinə daxil edilib.
saytlarin hazirlanmasi