Ramin Quliyev: "Məşqlərdə deyirdik ki, hər şeyə hazır olmalısan"

17:53 - 23 Noyabr 2019

“Sabah”ın məşqçisi Ramin Quliyev Premyer Liqanın 12-ci turunda “Səbail”ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

- İki fərqli hissə gördük. İlk yarıda bərabər oyun getdi. Fasilədən sonra hər iki komandanın qələbə imkanı vardı. Rəqib şansından istifadə etdi, hesabı açdı. Hesab edirəm ki, oyunun qırılma anı "Səbail"in azlıqda qalması, bizdə isə hücumçu dəyişikliyi oldu.

 

- Sonradan meydana çıxaraq dubla edən Ulis Dialloni əsas heyətdə meydana buraxmaq olmazdı?

- Bizdə olan mərkəz hücumçuların hər ikisi - həm Rocer Roxas, həm də Ulis Diallo eyni səviyyəlidir. Roxas o qədər də oynamaq şansı əldə edə bilmirdi. Bu həftə məşqlərdə özünü yaxşı tərəfdən göstərdi və ona əsas heyətdə şans verdik. Bu gün Diallonun günü idi.

 

- Diallonun  vurduğu ilk qoldan sonra üzərinizə qaçması əvzəetmənin sizin təşəbbüsünüz olmasına qarşılıq olaraq təşəkkür idi?

- Yox-yox. Hər epizodda baş məşqçiylə məsləhətləşirik, yekun qərarı o verir. Sadəcə, bəzən məşqlərdə Diallloya deyirdik ki, sən hücumçusan, cərimə meydanında hər şeyə hazır olmalısan. Ona özünəinam yaratdıq. Bu səbəbdən təşəkkür əlaməti olaraq üzərimə qaçdı. İstənilən halda, heyətlə bağlı yekun qərar baş məşqçinindi.

 

- Adətən uğursuzluq olanda deyirlər ki, bir qələbə lazımdı bu vəziyyətdən çıxaq. Sizcə, bu qələbə sizə kömək olacaq?

- Sözsüz ki, olmalıdır. Stabil oynamağa çalışırıq. Ümid edirik ki, bu qələbə qarşıdakı oyunlar üçün də motivasiya olacaq.

Xəbər xətti