Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.
Sportal.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb. Xorvatiyalı mütəxəssis 2018-ci ildən Bosniya və Herseqovina millisini çalışdırırdı.
Bosniya və Herseqovina martda Şimali İrlandiya ilə AÇ-2020-yə vəsiqə uğrunda pley-off matçları keçirəcək.
Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.
saytlarin hazirlanmasi