“Sabah”da ilk, Xorvatiyadan 2-ci

11:01 - 3 Dekabr 2019

Azərbaycan Premyer Liqasının XIII turu Jelko Sopiçin “Sabah”ın baş məşqçisi kimi debütü ilə əlamətdar olub. Xorvatiyalının “Qarabağ”la qarşılaşmadakı debütü uğursuz alınıb. Bakı klubu 0:1 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, Sopiç Premyer Liqa tarixində 56-cı legioner baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.

 

Bu mütəxəssislər arasında oyun sayında rekord Kaxaber Sxadadzeyə məxsusdur – 211 oyun. Roman Qriqorçuk, Roman Pokora və Georgi Çixradzedə bu rəqəm 108-ə bərabərdir.

 

Sopiç “Sabah”ın tarixində komandanı Premyer Liqa matçına çıxaran ilk legioner baş məşqçidir. O, Azərbaycan çempionatlarında ikinci xorvatiyalı olub. 2005/06 mövsümündə “Olimpik” klubunu Stepan Çordaş çalışdırııb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub çalışdırıcı ilə yollarını ayırıb.

 

Xəbər xətti