Aslan Kərimov: "Bəzi məşqçilər lisenziya kağızı üçün oxuyur, karyera üçün yox" - VİDEO

23:37 - 17 Aprel 2020

Bu gün İdman TV və Azərbaycan Radiosunun ortaq yayımında "Extra Time" verilişinin növbəti canlı yayımı reallaşıb.

 

Sportal.az xəbər verir ki, İlkin Babanın qonağı AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov olub.

 

O, koronavirus səbəbindən PRO lisenziya kurslarına qatıla bilməyən "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov üçün UEFA-ya müraciət edəcəklərini deyib.

 

*Mən indi də məşqçi olmaq istəyirəm.

*Bəzi məşqçilər lisenziya kağızı üçün oxuyur, karyera üçün yox.

*Bu ildən PRO lisenziyasını də təqdim edə bilərik.

*Məşqçi yetişdirmək istəməyən klub uğur qazana bilməz.

*Heç bir məşqçi kursda yetişə bilməz.

*Füzuli Məmmədova görə UEFA-ya müraciət edəcəyik.

*İbrahim Üzülməz B lisenziyasını Bakıda alıb.

 

Xəbər xətti