"Qalatasaray"da ilk ayrılıq

12:56 - 16 May 2021

 “Qalatasaray” "Benfika"dan icarəyə götürdüyü Jedson Fernandeşlə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi sosial hesabında İstanbul təmsilçisinə təşəkkür edib.

 

Portuqaliyalı futbolçu qış fasiləsində "sarı-qırmızılar"a keçmişdi. O, Super Liqada keçirdiyi 17 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti