Final azarkeşsiz keçiriləcək - yeni qərar

15:50 - 17 May 2021

"Beşiktaş" və "Antalyaspor" arasında keçiriləcək Türkiyə Kubokunun finalında azarkeşlərin iştirakı ilə bağlı qərarda dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, oyun tamaşaçısız keçiriləcək. Daha əvvəl Çempionlar Liqasının final oyunu İstanbulda olacağı üçün ölkə kubokunun həlledici görüşündə də stadion tutumunun 1/3 hissəsi həcmində fanatların iştirakına razılıq verilmişdi. Lakin sonradan UEFA finalı qonşu ölkədən alaraq Portuqaliyaya verdiyi üçün bu icazə ləğv olunub.

 

Mayın 18-də İzmirdəki Göztepe Gürsel Aksel stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Xəbər xətti