Dino Ndlovu Türkiyə klubunda?

12:12 - 11 İyun 2021

“Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” klubu yaxından maraqlanır. 1-ci liqa təmsilçisi yaxın zamanda cənubi afrikalı futbolçu ilə danışıqlara başlayacaq.

 

Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.

Xəbər xətti