Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” növbəti yoxlama oyununu keçirəcək.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Masazır təmsilçisi toplanış çərçivəsində keçirəcəyi son yoxlama matçında Yunanıstanın “Olimpiakos” klubuyla qarşılaşacaq.
Görüş iyulun 19-da, Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00-da) Kematen stadionunda baş tutacaq.
Qeyd edək ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Al-Sadd” (3:1), ikinci matçda isə Almaniyanın “Sankt-Pauli” (1:4) klubuyla qarşılaşıb.
saytlarin hazirlanmasi