Azərbaycan klubu "Qalatasaray"ın eks hücumçusu ilə danışıqlara başladı - SON DƏQİQƏ

15:10 - 1 Sentyabr 2023

Ayaz Quliyevi sıralarına qatan "Sabah" daha bir sürpriz transferə imza atmaq niyyətindədir.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı Səudiyyə Ərəbistanına yollanan Coy Lens Mikelsin yerini sabiq "Qalatasaray"lı ilə doldurmağı planlaşdırır.

Söhbət Jesse Sekidikadan gedir. 27 yaşlı nigeriyalı 2016-2018-ci illəri "Napredak Kruşevac"da keçirib.

Afrikalı forvardın karyerası əsasən Türkiyə ilə bağılıdır. 2018-ci ilin yayında "Eskişehirspor"la müqavilə imzalayıb.

Daha sonra "Qalatasaray"a transfer olunub. İstanbul nəhəngi ilə 2 illik anlaşan, bu müddətdə 12 oyuna çıxıb 1 qol vuran Sekidika bu müddətdə 3 kluba icarəyə verilib.

Sırasıyla "Konyaspor", "OH Leuven" və "Eyübspor"un düşərgəsində yer alıb.

Sonuncular 2022-ci ildə onun transfer hüququna yiyələnib, bu ilin əvvəlində isə "Ümraniyespor"a icarəyə verib.

Nigeriyalı Coşqun Diniyevin yeni komandasında qalmaq istəmədiyindən, "Sabah"ın gələn təklifə müsbət yanaşıb. Hazırda danışıqlar son mərhələdədir.

Xəbər xətti