"Milan" "Bavariya"dan 100 milyon avro tələb edir

19:57 - 26 Fevral 2024

"Bavariya" "Real"a keçəcəyi gözlənilən Alfonso Deyvisə əvəzləyici tapıb.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Milan"ın sol cinah müdafiəçisi Teo Ernandeslə maraqlanır. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

Lakin bu keçidin baş tutması o qədər də asan görünmür. İtaliya klubu 26 yaşlı futbolçu üçün 100 milyon avro tələb edir.

Qeyd edək ki, "Milan" Teo Ernandesi 2019-cu ilin yayından "Real"dan transfer edib. Fransa millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 200 rəsmi matçda 28 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cl ilin yayına kimidir.

Xəbər xətti