Qazaxıstan millisinin forvardı: "Azərbaycan klublarının mənimlə maraqlanması haqda oxumuşdum"

12:49 - 14 İyun 2024

Qazaxıstan milli komandasının və "Adana Demirspor"un hücumçusu Abat Aymbetov Sportal.az saytına açıqlama verib.

Adı daha çox "Neftçi" ilə hallanan qazaxıstanlı hücumçu Premyer Liqamızda oynamaq istəyi-istəməməsindən danışıb: 

"Azərbaycan klublarının mənimlə maraqlanması haqda oxumuşdum. Daha doğrusu, sosial şəbəkələrdə bu cür xəbərlər görmüşdüm. Lakin düzünü deyim, menecerim bu haqda mənə nəsə deməyib. Ona görə də, nəsə deməyim doğru olmazdı. Hər halda, Azərbaycan klublarını tanıyıram, çempionatınızla bağlı məlumatım da var. Gələcəkdə necə olacağını isə zaman göstərəcək".

28 yaşlı hücumçu "Aktobe", "Kayrat", "Krılya Sovetov", "Astana" klublarında oynadıqdan sonra 20224-cü il yanvar ayında "Adana Demirspor"a keçib.

Xəbər xətti