Kürdə batan gəncin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Sportal.az xəbər verir ki, 25 yaşlı Rəhim Babayev idmançı imiş.
O, yaxşı üzgüçü olduğundan yaxınları onun batma ehtimalına inanmayıblar.
Hadisə isə Kürün sahilindəki restoranların birinin müşahidə kamerasında görüntülənib.
Qohumu bildirib ki, səhər saatlarında, hava isti olduğu üçün Kürdə üzməyə gedib. Günorta isə evə gələrək həyətlərindəki yonca sahəsini biçib. Ardınca atasından icazə alaraq yenidən Kürə üz tutub.
Qeyd edək ki, bir bacının bir qardaşı olan Rəhim Babayev doğulduğu Neftçala rayonu, Bankə qəsəbəsində dəfn olunub.
Ətraflı Baku TV-nin süjetində:
saytlarin hazirlanmasi