"Zirə"nin rəqibi yoxlama görüşü keçirdi

10:18 - 27 İyun 2024

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti yoxlama matçını keçirib.

Sportal.az xəbər verir ki, Tiraspol təmsilçisi “Petrokub”la görüşüb.

Matç 1:1 hesabı ilə yekunlaşıb. “Şerif” bu həftə ilk yoxlama görüşündə isə “Milsami” ilə bərabərə qalmışdı(2:2).

Əlavə edək ki, ilk matç iyulun 11-də Tiraspolda baş tutacaq və oyuna 21:00-da start veriləcək. Cavab matçı isə iyulun 18-də Bakıda keçiriləcək və 20:00-da başlayacaq. 

Xəbər xətti