Haci: "Atamın yolunu davam etdirdiyim üçün çox xoşbəxtəm, Rumıniya üçün tarixi məqamdır"

11:34 - 27 İyun 2024

Rumıniya millisinin yarımmüdafiəçisi Yanis Haci AVRO-2024-də Slovakiya ilə heç-heçəni (1:1) şərh edib.

Sportal.az xəbər verir ki, UEFA-ya danışan 25 yaşlı futbolçu komandasının pley-off mərhələsinə çıxması haqda bunları deyib:

"Göstərdiyimiz futbola görə fəxr edirəm. Söz verdik və bunu yerinə yetirdik. Əsas heyətdə oynamaq mənim üçün böyük məsuliyyət idi. Bu, hamımız üçün reallığa çevrilmiş xəyal kimidir. Mən atamın yolunu davam etdirdiyim üçün çox xoşbəxtəm. Rumıniya üçün tarixi məqamdır".

Yanis Rumıniya millisinin sabiq kapitan Georgi Hacinin oğludur. O, hazırda "Reyncers"ə məxsusdur və son mövsümü "Alaves"də icarə əsasında çıxış edib.

Əlavə edək ki, Rumıniya 1/8 finalda Niderland millisi ilə qarşılaşacaq. Qarşılaşma iyulun 2-də baş tutacaq və oyuna 20:00-da start veriləcək.

Xəbər xətti