"Yuventus"un yeni transferi bu gün Turinə yollanacaq

13:18 - 27 İyun 2024

"Aston Villa"dan ayrılmağa hazırlaşan Duqlas Luis "Yuventus"a transfer olacaq.

Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, braziliyalı futbolçu Turinə yollanaraq tibbi müayinədən keçəcək. 

Onun bu gün İtaliyaya uçacağı gözlənilir. Duqlas "qoca sinyora" ilə beş illik müqavilə imzalayacaq. 

"Aston Villa" isə bu transferdən 20 milyon avro gəlir əldə edəcək. O, "Vasko da Qama", "Mançester Siti", "Jirona"da oynadıqdan sonra 2019-cu ildə "Aston Villa"ya keçmişdi.

Xəbər xətti