Xorvatiya yığmasının sabiq üzvü "Sabah"da - RƏSMİ

13:59 - 27 İyun 2024

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə 3+1 illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu Xorvatiyanın "Slaven Belupo" klubundan transfer edilib. İvan futbolçu karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/19), Almaniyanın "Arminiya" (2022/23) klublarında çıxış edib.

Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib. Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan "Sabah"da 13 nömrəli formada çıxış edəcək.

Xəbər xətti