"Fənərbaxça"nın sabiq futbolçusu "Trabzonspor"da - RƏSMİ

16:51 - 27 İyun 2024

Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Hall Siti"dən Ozan Tufanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin sabiq üzvü ilə 3+1 illik müqavilə imzalanıb. 29 yaşlı yarımmüdafiəçi yeni klubunda 11 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ozan Tufan "Hall Siti"yə 2022-ci ilin yayında "Fənərbaxça"dan keçmişdi. Təcrübəli oyunçu ötən mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti