"Osiyek"in futbolçusu "Zirə" ilə oyundakı heç-heçəni şərh etdi: "Biabırçılıq və hətta idman ədalətsizliyidir"

12:48 - 10 Avqust 2024

"Osiyek"in cinah oyunçusu Anton Matkoviç Konfrans Liqasının III təsnifat mərhələsinin “Zirə”yə qarşı ilk oyundakı (1:1) heç-heçəni şərh edib.

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan 18 yaşlı xorvatiyalı Xorvatiyadakı heç-heçənin ədalətsizlik olduğunu bildirib:

"Bu, biabırçılıq və uğursuzluqdur. Hətta deyərdim ki, idman ədalətsizliyidir. Biz 95 dəqiqə ərzində bir saniyə belə mübarizəmizi dayandırmadıq. Son dəqiqədə qol buraxdıq. Təbii ki, indi biz daha ağıllı, daha hiyləgər olub vaxta görə oynaya bilərdik, demək asandır. Amma belə alındı. Bakıdakı matçda şirlər kimi mübarizə aparıb, növbəti mərhələyə adlayaraq onları hər cəhətdən üstələyəcəyik. Fasilə zamanı paltardəyişmə otağında oyunu eyni məcrada davam etdirmək haqda danışdıq. Lakin sonradan bizə daha çox yer buraxmaqla yanaşı, “Zirə”nin daha qətiyyətli hücuma keçib-keçməyəcəyini görmək üçün topu bir az saxlamağa qərar verdik. Qələbə qazana bilmədiyimiz təəssüf doğurur".

Qeyd edə kki, cavab matçı avqustun 15-də "Dalğa Arena"da keçiriləcək və görüşə 20:30-da start veriləcək.

Mirbağırağa

Xəbər xətti