"Turan Tovuz" "Qarabağ"ı məğlub etdi, "Neftçi" "Araz-Naxçıvan"la bacarmadı - YENİLƏNİB

22:25 - 24 Avqust 2024

Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki görüş baş tutub.

Günün ilk matçında son çempion "Qarabağ" öz meydanında "Turan Tovuz"u qəbul edib. Qarşılaşma Kurban Berdıyevin yetirmələrinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

"Neftçi" isə "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan"ın qonağı olub. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb

24 avqust (şənbə)

“Qarabağ” – “Turan Tovuz” 0:1
Qol: 
Otto Con, 18 (pen)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Tural Qurbanov
VAR: Əliyar Ağayev
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Azersun Arena”, 18:15

“Araz-Naxçıvan” – “Neftçi” 1:1
Qollar: 
Ömər Buludov, 15 - Ramil Şeydayev, 90+5
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Liv Bona Dea Arena”, 20:30

Xəbər xətti