"Barselona"dan ayrıldı, İtaliya klubu ilə müqavilə imzaladı

11:22 - 24 Avqust 2024

"Barselona" ilə müqaviləsi başa çatan Serji Robertonun yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, ispan yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək.

32 yaşlı futbolçu A Seriyasına yüksələn "Komo"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli orta xətt oyunçusu "Komo" ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Serji Roberto "Barselona"nın yetirməsidir. İspaniya millisinin sabiq üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 373 rəsmi matçda 19 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti