"Barselona"da ciddi itki: 2 ay oynamayacaq

13:51 - 24 Avqust 2024

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Andreas Kristensen sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı futbolçu daban vətərindən zədə alıb. 28 yaşlı mərkəz müdafiəçisinin 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Andreas Kristensen 2022-ci ilin yayından "Barselona"da çıxış edir.

Xəbər xətti