Məşhur futbolçu Yamayka millisində oynayacaq

15:25 - 24 Avqust 2024

"Marsel"in futbolçusu Meyson Qrinvud milli komanda seçimi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, 22 yaşlı vinger Yamayka yığmasında çıxış edəcək. Bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Qrinvud daha əvvəl İngiltərə seçməsinin heyətində 1 matçda iştirak edib. O, 2020-ci ildə UEFA Millətlər Liqasının İslandiya ilə oyununda 12 dəqiqə meydanda olub.

Xəbər xətti