"Turan Tovuz"da iki itki - "Qarabağ"la oyunda iştirak etmirlər

18:53 - 24 Avqust 2024

Premyer Liqanın 4-cü turu çərçivəsində "Qarabağ"ın qonağı olan "Turan Tovuz" itki ilə üzləşib. Sportal.az-ın klubun mətbuat xidmətindən aldığı məlumata görə, komandanın aparıcı futbolçularından olan Kristian da Silva son məşqlərin birində zədələnib. 

Braziliyalı futbolçunun zədəsi ağır olmasa da, riskə getmək istəməyiblər. Komandanın baş məşqçisi Kurban Berdıyev ona istirahət verib.

Qeyd edək ki, onunla yanaşı Veysəl Rzayev də zədə səbəbi ilə bu matçı buraxmaq məcburiyyətində qalıb. 

Xəbər xətti