"Sabah"ın kapitanı: "Neftçi" ilə matçda qələbə vacib idi"

16:21 - 25 Avqust 2024

"Sabah"ın kapitanı Elvin Camalov Sportal.az saytına açıqlama verib. O, öncə Premyer Liqanın 3-cü turunda  "Neftçi"(0:2) üzərində qazanılan qələbəni şərh edib:

"Son oyunlar bizim üçün elə də uğurlu keçməmişdi. Bununla razıyam. Amma bu oyundan öncə hər hansı gərginlik yox idi. Komanda kimi tam olaraq bu matçda qələbə köklənmişdik. Çox şükür “Neftçi” ilə görüşdə qalib gəldik. Fikrimcə, bu oyunda qələbə çox vacib idi. İstənilən halda, hər qələbə komandada özünəinamı daha da gücləndirir, əlavə motivasiya verir".

Bu gün "Sabah" ölkə çempionatının 4-cü turu çərçivəsində “Sumqayıt”la üz-üzə gələcək. Camalov həmin oyuna da qələbə üçün çıxacaqlarını deyib: "Biz hər oyunumuza qələbə üçün çıxırıq. "Sabah"ı daha bir çətin oyunun gözlədiyini bilirik. Amma əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi qələbə ilə sevindirək. Komandamıza inanıram".

Mirbağırağa

Xəbər xətti