"Qarabağ"ın rəqibi futbolçusunu Bakıya gətirməyəcək, BƏƏ klubuna satdı

14:49 - 26 Avqust 2024

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" (Zaqreb) futbolçulardan biri ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, İvan Saraniç komandada qalmayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi BƏƏ-nin "Əl-Batae" klubuna keçib. 

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" görüşü avqustun 28-də keçiriləcək və matça saat 20:45-də start veriləcək. "Maksimir"dəki görüş "Dinamo"nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti