Millimiz Çexiya ilə qarşılaşacaq

16:40 - 26 Avqust 2024

AVRO-2026-nın əsas mərhələsinə hazırlıq məqsədi ilə futzal üzrə Azərbaycan millisi 2 beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, komandamız sentyabrın 19-da və 20-də Çexiya yığması ilə gücünü sınayacaq. Hər iki oyun Zlin şəhərində keçiriləcək.

Qeyd edək ki, millimiz Avropa Çempionatının əsas mərhələsində İsveç, Xorvatiya və Yunanıstanla qarşılaşacaq.

Xəbər xətti