"Qarabağ" - "Dinamo" matçına nə qədər bilet satılıb?

21:25 - 26 Avqust 2024

UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Dinamo" (Zaqreb, Xorvatiya) oyununa bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, artıq satışa çıxarılan biletlərdən 24 700-ü satılıb. Bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq. Azarkeşlərimizin daha tez gəlib tribunalarda öz yerlərini tutmağı xahiş olunur!

Avqustun 28-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;


Xəbər xətti