Dünyanın ən məşhur futbolçularından Ronaldinyo De Assis Moreyra Qauşunun növbəti dəfə Azərbaycana səfəri baş tutub.
Sportal.az xəbər verir ki, dünya çempionunun ölkəmizə budəfəki gəlişi Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Sessiyası (COP29) ilə əlaqədardır.
Braziliya futbolunun əfsanəsi ölkəmizə azərbaycanlı iş adamı, 2018-ci ildə "SOCAR Trading"in icraçı direktoru, 2019-cu ildə investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə icra etmiş Adnan Əhmədzadə ilə gəlib.
Əhmədzadə "ABDA Invest Holding"in təsisçisi və sədridir. O, 2023-cü ildən Azərbaycan Koşiki Karate-do Federasiyasının fəxri prezidentidir.
Xatırladaq ki, Ronaldinyo "Qarabağ"ın təşəbbüsü ilə baş tutacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması ilə bağlı mərasimə qatılması üçün Bakıya səfər edib.
saytlarin hazirlanmasi