Dekabrın 17-də, Bakı İdman Sarayında, saat 20:00-da AVRO-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi bugündən təlim-məşq toplanışına başlayır.
Sportal.az xəbər verir ki, Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Zədə səbəbindən “Araz-Naxçıvan” və millinin kapitanı Emin Kürdov toplanışda iştirak etməyəcək.
Qapıçılar: Rövşən Hüseynli (“Astana”, Qazaxıstan), Kamran Hacıyev (“Baku Fire”), Vladislav Reznov (“Neftçi” İK)
Oyunçular: Fərid Atakişiyev, Mirzə Əmirov, Seymur Məmmədov (hamısı “Neftçi” İK), Fərid Abbasov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Nihad İsmayılov, Kənan Manafov (hamısı “Baku Fire”), Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov (hamısı “Araz-Naxçıvan”), Rüstəm Bağırov (“Şuşa”)
saytlarin hazirlanmasi