"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gələcəyi haqda danışıb.
Sportal.az xəbər verir ki, son dövrlərdə qeydə alınan uğursuz nəticələrə baxmayaraq, ispan mütəxəssis Premyer Liqa klubundan ayrılmayacağını bildirib:
"Başqa komandanı çalışdırmaq fikrində deyiləm. Mən uzunmüddətli gələcək haqqında danışmıram. Amma hazırda "Mançester Siti"dən ayrılmaq, başqa ölkəyə getmək istəmirəm. Başqa yerdə başlamaq fikri, bütün məşq prosesi və s. Buna enerjim çatmaz. Ola bilsin, nə vaxtsa milli komandada çalışaram. Bəzən futboldan ayrılıb qolf oynamaq istəyirəm, amma bacarmıram. Elə bir vaxt gələcək ki, bunun kifayət olduğunu hiss edəcəyəm və o zaman mütləq dayanacağam”.
saytlarin hazirlanmasi