İtaliyanın "Roma" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi "Atalanta"dan Pyerluici Qollinini transfer eib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Roma" italyan qolkiper üçün onun klubuna 800 min avro təzminat ödəyib. 29 yaşlı qolkoperlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Pyerluici Qollini mövsümün ilk yarısını icarə əsasında "Cenoa"da keçirib. Təcrübəli qapıçı A Seriyası təmsilçisinin heyətində 7 rəsmi matçda iştirak edib və qapısında 15 qol görüb.
saytlarin hazirlanmasi